Beynəlxalq Basketbol Federasiyası sosial şəbəkə hesablarında 1921-ci ildə basketbol oyununun necə göründüyünü əks etdirən fotonu təqdim edib.

Şəkildə “Atlanta Boys High School” basketbol komandasının oyunçusu 1921-ci ildə baş tutan qarşılaşmada “Tech High School” ilə oyunda sərbəst atışı yerinə yetirir. Həmin illərdə hakimin necə olduğunu da görmək mümkündür.

Həmin vaxtlarda basketbol Ceyms Neysmit tərəfindən hazırlanmış qaydalardan istifadə edirdi. Oyunun qaydalarına əsasən, komandaların heyətində beş oyunçu olurdu. Görüş adətən hər biri 20 dəqiqə olmaqla iki hissə davam edirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp