“Los-Anceles Klippers”in müdafiəçisi Ceyms Harden hazırkı basketbolçular arasında pley-off qarşılaşmalarında ən çox oyun keçirmək üzrə birinci yerdədir. Bu barədə “Courtside Buzz” sosial şəbəkə hesabında məlumat verib. Bununla da o, ən çox oyun keçirib titul qazanmayan basketbolçuların siyahısına başçılıq edir.
İlk beşliyə Hardendən başqa, 149 oyunla “San Antonio Spörs”dən Kris Pol, 122 oyunla “Klippers”dən Rassel Vestbruk, 119 oyunla “Mayami Hit”dən Cimmi Batler və 115 oyunla “Miluoki Baks”dan Cey Krouder daxildir.
Xatırladaq ki, Harden ötən mövsüm komandası ilə iki il müddətinə 70 milyon dollar dəyərində yeni müqavilə imzalayıb.