“Bizim çempionatdan fərqli olaraq Albaniyada əsasən fiziki gücə hesablanan futbola üstünlük verilir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında daha əvvəl “Bilis” klubunda oynamış, indi “Turan Tovuz”un futbolçusu olan Eltun Turabov deyib.

O, Amil Yunanovun bu kluba gedişindən yeni xəbərdar olduğunu bildirib: “Amilin gedəcəyindən yeni xəbərdar olmuşam. Mən “Bilis”də 5-6 il öncə oynamışdım. Getdiyim vaxt komanda yeni formalaşırdı. Zədə səbəbindən geri qayıtmalı oldum. O illərdə həm məşq, həm də şərait baxımından orta səviyyəli bir klub idi. Azarkeşlər hər oyunda çox fəal iştirak edirdi”.

GÜNAY SÜLEYMANOVA

Shares: