“Böyük Dəbilqə”nin beşqat çempionu, dünya reytinqinin keçmiş bir nömrəsi, rusiyalı tennisçi Mariya Şarapova Nyu-Yorkda “Stella Summer Series”in şam yeməyinə qatılıb. Qonaqlar arasında İngiltərə millisi, “Mançester Yunayted” və “Real”ın sabiq futbolçusu Devid Bekhem də olub.

“Stella Artois ilə Nyu-Yorkda inanılmaz axşam”, – deyə bununla əlaqədar Şarapova sosial şəbəkədəki səhifəsində yazıb. Mariya Şarapova və Devid Bekhem məclisdə birlikdə şəkil də çəkdirib.

Xatırladaq ki, Şarapova Rusiyanın ən titullu tennisçisidir. Karyerası ərzində Mariya 39 WTA titulu qazanıb.

Shares: