“Ferrari” komandasının sürücüsü Karlos Sayns Azərbaycan qran-prisində qəzaya uğradıqdan sonra tibb mərkəzində “Red Bull” pilotu Serxio Pereslə söhbətinin məğzini açıqlayıb.
“Tibb mərkəzində 20 dəqiqə donmuş şəkildə bir-birimizin yanında oturduq. Ürəyimizin nəbzini yoxlayırdılar. Bir-birimizə baxdıqda Serxionun sözləri belə oldu: “Dostum, orada nə oldu?” Ona belə cavab verdim: “Bilmirəm. Amma səmimi deyirəm ki, mən sənin yolunu kəsmək fikrində deyildim, sənə qarşı heç nə etmək istəməmişəm, Çeko”.
Bu dialoqdan sonra başverənləri təhlil etməyə çalışdıq. Hər ikimiz bu idman növünün bəzən ədalətsiz olduğu qənaətinə gəldik. Serxio da, mən də podiumu əldən verdiyimizə görə təəssüf hissi keçirdirik . Şarlın təkərləri artıq ölmüşdü. Onu rahatca ötə bilərdik. Bunları düşünəndə Serxio ilə hətta bir qədər zarafatlaşdıq, ona görə də aramızda heç bir inciklik yoxdur”, – deyə Karlos Sayns “Motorsport”a müsahibəsində bildirib.