“Şanslı tərəf “Qarabağ”dır. “Neftçi” mövsümə yaxşı başlamayıb”. Bunu futbolinfo.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq hücumçusu Rauf Əliyev deyib.
Həm “Qarabağ”da, həm də “Neftçi”də oynamış hücumçu bu gün adı çəkilən komandalar arasında keçiriləcək Azərbaycan derbisindən danışıb: “Neftçi” turnir cədvəlində sonuncu pillələrdədir. Bu, bir yana, bakılılar həm də yaxşı oyun göstərə bilmirlər. Düşünürəm ki, “Qarabağ” rahat qələbə qazanacaq. Amma bəzən derbilərdə fərqli situasiya yaranır. Vəziyyət pis olsa da, komanda başqa cür hazırlaşır. Oyuna fərlqi yanaşıb, tam gücləri ilə oynayacaqlar. İstənilən halda “Qarabağ” qalib gələcək”.
Əliyev “Neftçi”də çox problem olduğunu bildirib: “Ümumi götürsək, çox problem var. Bir deyil, iki deyil… Bu da komandanın oyununa öz təsirini göstərir”.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı bu gün saat 20:00-da “Azərsun Arena”da start götürəcək.