AFFA İntizam Komitəsi 2-ci Liqada çıxış edən “Şəki Siti” klubunun futbolçusu Eldəniz Əliyevi dörd oyunlq cəzalandırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

O, “Füzuli” ilə qarşılaşma bitdikdən sonra birbaşa qırmızı vərərəqə alıb və ardınca hakimi təhqir edib. Şəki təmsilçisi buna görə 300 manat cərimələnib.

Klub azarkeşlərinə görə isə xəbərdarlıq alıb. Tərəfdarlar sözügedən görüşdə hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlədiblər.

Shares: