“Kəpəz”in “Şamaxı” ilə çempionat oyunundan öncə karyerasını başa vurmuş kapitanı Vurğun Hüseynova xatirə hədiyyəsi təqdim olunub.
Futbolinfo.az xəbər verir ki, məşqçiliyə başlayan Hüseynova klubun icraçı direktoru Cabir İbrahimov tərəfindən üzərində Hüseynov yazılan 3 nömrəli forma verilib.
Xatırladaq ki, Hüseynov bundan sonra “Sumqayıt”da məşqçi kimi çalışacaq.