Maks Ferstappen FİA-nın ictimai işlərində məşğul olmağa məhkum edilib. “Red Bull” sürücüsü mətbuat konfransında nalayiq ifadələr işlətdiyi üçün Sinqapur qran-prisinin stüardları tərəfindən cəzalandırılıb.

Formula 1 üzrə üçqat dünya çempionu ingilis dilini kamil bilmədiyinə görə səhv etdiyini dilə gətirib. O, gündəlik həyatda ünsiyyət zamanı oxşar ifadələrdən tez-tez istifadə etdiyini də boynuna alıb.

Beynəlxalq Avtomobil Federasiyası qayda pozuntusunun kifayət qədər ciddi olmadığını nəzərə alaraq, Ferstappeni FİA-nın ictimai fəaliyyətində iştirak etməklə cəzalandırıb.

Shares: