Xosep Qvardiola komandasının üzvü Rodrinin futbolçuların mümkün tətili ilə bağlı sözlərinə reaksiya verib.

Xatırladaq ki, “Mançester Siti” və İspaniya yığmasının lideri futbolçuların təqvimin sıxlığı səbəbindən tətil edəcəklərini qeyd  etmişdi: “Biz buna yaxınıq. Mövsüm ərzində 70-80 matç həddindən artıq çoxdur. Biz də dincəlməliyik”.

“Bir çox insan futbolçular haqqında danışır, amma nəyisə dəyişmək lazımdırsa, bu təşəbbüs oyunçulardan gəlməlidir.

Futbol biznesi sahibkarlar, idman direktorları və məşqçilər olmadan da mövcud ola bilər. Lakin oyunçularsız futbol olmayacaq. Bütün dünyada insanlar səslərini çıxarmağa başlayıblar, görək axırı necə olacaq”, – deyə “Mançester Siti”nin baş məşqçisi bildirib.

Shares: