“Qarabağ” – “Neftçi” oyunundan sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Elvin Cəfərquliyev futbolinfo.az saytına müsahibə verib. O, 4:0 hesabı ilə qalib gəldkləri matçdan və başqa məsələlərən danışıb.

– Fikrimcə, maraqlı oyun keçdi. Xüsusilə də bu matçı maraqlı edən azarkeşlər idi. Bizə dəstək olduqları üçün onlara təşəkkürlərimi bildirirəm. Layiq olduğumuz qələbəni qazandıq.

– Bu derbi sanki əvvəlkilərlə müqayisədə azarkeşlər üçün maraqsız idi…

– “Neftç”inin adı varsa, biz oyuna daha çox motivasiya ilə başlayırıq. Bəlkə də azarkeşlər elə düşünür, lakin biz hər dəfə hər oyuna eyni vəziyyətdə çıxırıq.

– Sizi Çempionlar Liqasından kənarlaşdıran Zaqreb“Dinamo”sunun 2:9 hesabıı ilə məğlub olduğu matçı izləmisiniz?

– Sonradan baxdım. Qismət belə imiş. Bizim üçün də çox çətin olardı. Çünki rəqib Almaniya nəhəngi “Bayern” idi.

– Növbəti oyun “Tottehem”lə olacaq…

– Hələ rəqibi tam olaraq analiz etməmişik. Amma yəqin ki, yaxın günlərdə komanda olaraq bunu edəcəyik.

– Vaxtilə komanda yoldaşınız olmuş Qara Qarayevin “Neftçi”dən ayrılması haqda nə düşünürsüz?

– Qara dostumdur. Çox yaxşı əlaqəmiz olsa da, bu haqda fikir bildirmək istəmirəm. Bundan sonrakı karyerasında uğurlar arzulayıram.

GÜNAY SÜLEYMANOVA

Shares: