Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Qobustanda yeniyetmə voleybolçularla görüşüb.
Futbolinfo.az xəbər verir ki, federasiya rəhbəri Hacıqabul RVK-nın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil etdiyi məktəblilər arasında voleybol üzrə Qobustan rayon birinciliyinin final oyunlarını izləyib.
Sentyabrın 15-də start götürən birincilikdə 12 komanda mübarizə aparıb. Qobustan Olimpiya İdman Kompleksində baş tutan yarışın final qarşılaşmasının nəticəsinə uyğun olaraq Qaradaq rayon 3 saylı orta məktəbin komandası 1-ci, Qaradaq rayonu 1 saylı orta məktəbin komandası isə 2-ci yeri tutub. Qaradaq rayonu Ərəbşalbaş kənd məktəbin kollektivi birinciliyin üçüncüsü olub.
Yarışın qaliblərinə kubok və medallar təqdim olunub. Mükafatları təqdim edən AVF-nin prezidenti Şahin Bağırov gənclərə təbriklərini çatdırıb, onlara tövsiyələrini verib və peşəkar voleybolçu olmaq yolunda uğurlar arzulayıb.