“Araz-Naxçıvan” bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə “Turan Tovuz”un qonağı olub.

Futbolinfo.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gələn Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin oyundan sonra mətbuat konfransı keçirilib.

Baxşıyev maraqlı oyun alındığını bildirib:

“Maraqlı oyun alındı. Hər iki komanda öz oyun üslubunu göstərməyə çalışdı. Qələbə qazanmışıq. Futbolçularımı təbrik edirəm.

Ümumi baxanda burda oynamaq oyunçuya zövq verir. Düşünürəm ki, futbolçularım təzyiq hiss etmədilər, təcrübəlidirlər. Komanda olaraq yaxşı çıxış etdik.

Düşünürəm ki, bu mübarizə məşqçilər arasında deyil, komandalar arasında gedirdi. Həmkarımla aramızda heç bir prinsipallıq yoxdur.

Gələcək barəsində danışmaq bir az çətindir. Əlbəttə, bizim də yeni oyunçulara ehtiyacımız olacaq. Komandamın heyətini genişləndirməyə çalışacağıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp