Bu gün Misli Premyer Liqasında 7-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə iki oyun baş tutacaq.

Əvvəlcə “Səbail” “Sabah”ı qəbul edəcək. Turun son oyunu isə “Sumqayıt”la “Zirə” arasında baş tutacaq.

Xatırladaq ki, daha öncə “Qarabağ” evdə “Neftçi”yə qalib gəlib (4:0), “Kəpəz” “Şamaxı”ya (0:2), “Turan Tovuz” isə “Araz-Naxçıvan”a (1:2) uduzub.

Misli Premyer Liqası
7-ci tur

22 sentyabr

“Səbail” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev.
“ASCO Arena”. 18:00.

“Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 20:30.

Shares: