Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” evdə “Sakaryaspor”la qarşılaşıb.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start heyətdə çıxan Dadaşov 60-cı dəqiqədə əvəzlənib. O, ilk yarının sonunda sarı vərəqə də alıb.

“Ankaragücü” hazırda 9 xalla 8-cidir.

Shares: