Britaniyalı Daniel Dyubua Beynəlxalq Boks Federasiyasının (IBF) ağır çəki dərəcəsində dünya çempionu titulunu qazanıb. Londonda “Uembli” stadionunda keçirilən 12 raundluq döyüşdə Dyubua üç versiya üzrə sabiq dünya çempionu, həmyerlisi Entoni Coşuanı beşinci raundda nokautla məğlub edib.
Dyubua iyunun 2-də keçirdiyi son döyüşdə xorvatiyalı Filip Hrqoviçi səkkizinci raundda texniki nokautla məğlub edərək IBF-nin müvəqqəti dünya çempionu adını qazanıb.
27 yaşlı britaniyalının hesabında indi 22 qələbə (21-i nokautla), 2 məğlubiyyət var. 34 yaşlı Coşuanın hesabında indi 28 qələbə (25-i nokaut), 4 məğlubiyyət var.