“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Tiflisdə Gürcüstan millisinin veteranları ilə “Milan”ın əfsanələri arasında yoldaşlıq görüşündə iştirak edib.

Futbolinfo.az xəbər verir ki, Sxadadze bu oyunda gürcüləri meydana kapitan kimi çıxarıb.

“Milan”ın heyətində Dida, Kafu, Alessandro Kostakurta, Kristian Panuççi, Massimo Ambrozini, Serjinyo, Klarens Zeedorf, Rivaldo və Kaka kimi ulduzlar oynayıb. Oyun “Milan” veteranlarının qələbəsi ilə (2:2, penaltilər seriyasında 3:1) başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp