Yelena Rıbakina Pekində sentyabrın 25-də start götürəcək WTA 1000 turnirində iştirak etməyəcək. İmtinanın səbəbi tennisçinin səhhətidir.
Qazaxıstanlı tennisçi belindəki zədəni tam sağalda bilməyib. Ağrılar hələ də onu narahat etməkdə davam edir. Qeyd edək ki, o bu mövsüm 10-cu dəfə səhhətində yaranan problemlərə görə turnirlərdən imtina edib.
Əlavə edək ki, bir neçə gün əvvəl dünya reytinqinin 1 nömrəsi İqa Şvyontek də turnirdə iştirak etməyəcəyini bəyan etmişdi.