Qrossmeyster Maqnus Karlsen Norveçin ən populyar idmançılarının reytinqində 10-cu yeri tutub. Sorğu 2024-cü il avqustun 13-dən avqustun 20-dək aparılıb və səsvermədə 1051 respondent iştirak edib. Reytinqin lideri atlet Karsten Vorholm olaraq qalır. Futbolçu Martin Odeqaard ikinci yeri tutub. Biatlonçular Yohannes Bö və Yohannes Klebo müvafiq olaraq üçüncü və yeddinci yerləri tutublar.

Səsvermənin nəticələrinə görə Norveçin ən məşhur idmançılarının siyahısı belədir:

Karsten Vorholm – 35% (37)

Martin Odeqaard – 25% (23)

Yohannes Bö – 20% (26)

Birgit Skarstein – 19% (21)

Markus Root – 17% (yeni)

Erlinq Haaland – 17% (21)

Yohannes Klebo – 16% (18)

Yakob İnqebrigtsen – 16% (15)

Kasper Ruud – 13% (15)

Maqnus Karlsen – 12% (14)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp