2008-ci il “Rolan Qarros” turnirinin çempionu, dünya reytinqinin sabiq bir nömrəsi, serb tennisçisi Ana İvanoviç və həyat yoldaşı, Almaniya millisində 2014-cü il futbol üzrə dünya çempionu olmuş Bastian Şvaynştayger bu gün başlayan Oktoberfest festivalından birgə şəkillərini paylaşıblar.
“O’zapft is!” – Şvaynştayger, Bavariya dilindən tərcümədə “açılmamış!” mənasını verən yazı ilə şəkilə şərh verib.
Xatırladaq ki, İvanoviç Bastianla evləndikdən sonra 2016-cı ilin dekabrında karyerasını başa vurub. 2019-cu ilin oktyabrında Bastian da futbolla vidalaşıb. Cütlüyün üç övladı var – onlardan ikisi Leon və Luka oğlandır. Keçən ilin mayında dünyaya gələn uşağın isə cinsiyyəti indiyədək açıqlanmayıb.