“Qalatasaray” Türkiyə çempionatının 6-cı turunun “Fənərbağça” ilə oyunundan (3:1) sonra əzəli rəqibinin baş məşqçisi Joze Mourinyonu ələ salıb. Belə ki, türk nəhəngi Mourinyonun “The Special One” adlı kitabının üz qabığını başqa cür dərc edib. “Qalatasaray” klubu rəsmi X səhifəsində kitabın adını dəyişdirərək “Ağlayan” kimi təqdim edib.

Klub həmçinin kitaba annotasiya kimi bu cümlələri əlavə edib: “Ağıl oyunlarına başlamaq cəhdlərinə heyran qalacaqsınız. Əsl ağlama ustası! Müəllifin vərəqələrə görə yaşadığı psixoz onu güldürür və düşündürür. Müəllif özünün reallığını fantaziya dünyası ilə uğurla birləşdirir”.

Shares: