Bu gün Misli Premyer Liqasında 7-ci tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə iki oyun baş tutacaq.

Əvvəlcə “Səbail” “Sabah”ı qəbul edəcək. Turun son oyunu isə “Sumqayıt”la “Zirə” arasında baş tutacaq.

Xatırladaq ki, daha öncə “Qarabağ” evdə “Neftçi”yə qalib gəlib (4:0), “Kəpəz” “Şamaxı”ya (0:2), “Turan Tovuz” isə “Araz-Naxçıvan”a (1:2) uduzub.

Misli Premyer Liqası
7-ci tur

22 sentyabr

“Səbail” – “Sabah” 2:3 (1-ci hissə)
Qollar: Amir Bilali, 4. Rüfət Abdullazadə, 39 – Coy Lens Mikels, 8. İvan Lepinitsa, 21. Jesse Sekidika, 26.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev.
“ASCO Arena”. 18:00.

Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 8. Qorka Larruçea, 44. Amir Bilali, 3. Dmitri Litvin, 7. Madi Keta, 5. Gitay Sofir, 21. Ayman Buali.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 10. David Qomis, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.
Sabah: 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 6. Abdulla Xaybullayev, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp