Futbol üzrə Cənubi Koreya çempionatında 31-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Jeonbuk”la qarşılaşıb. Oyun qolsuz bitib.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Azərbaycanlı futbolçu 86-cı dəqiqədə sarı vərəqə də alıb.
“Daejeon” hazırda 35 xalla 9-cu pillədə qərarlaşıb.