Formula 1 üzrə dünya çempionatının 18-ci mərhələsi Sinqapurda başa çatıb. Bakıdan sonra komandalar daha bir şəhər trassında mübarizə aparıb. Həftə ərzində çox sürətli olan Lando Norris qələbə qazanıb.

Şənbə günü təsnifatda birinci nəticə göstərən “Maklaren” sürücüsü startdan finişə qədər liderliyi əldən verməyib. Bu , Britaniyalı pilotun 2024-cü idlə 3-cü qələbəsidir. Qələbə sayəsində Lando Norris Ferstappenlə fərqi bir qədər də aşağı salıb. Niderlandlı sürücü bu yarışı ikinci pillədə başa vurub. Hazırda onlar arasında xal fərqi 52-yə bərabərdir.

Podiumun 3-cü pilləsi Azərbaycan qran-prisində qalib gələn Oskar Piastriyə qismət olub. 4-cü yeri Corc Rassel, 5-cini isə Şarl lekler tutub.

Bu yarışdan sonra “Maklaren” Mühəndislər kubokunda liderliyini möhkəmləndirib. Hazırda onlar “Red Bull”u 41 xal qabaqlayır.

Əlavə edək ki, növbəti yarış 4 həftə sonra baş tutacaq. Komandaları bu dəfə ABŞ-nin Ostin şəhərində mərhələ gözləyir.

Shares: