“Ayın qolu” layihəsi çərçivəsində avqust ayının qalibi olan “Sumqayıt”ın futbolçusu Kamran Quliyev mükafatlandırılıb.

Futbolinfo.az xəbər verir ki, ona Misli Premyer Liqasının 7-ci turunda bu gün “Zirə” ilə görüşdən əvvəl mükafatlar təqdim olunub.

Mükafatları Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp