İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Ange Postekoqlu UEFA Avropa Liqası ilə bağlı planını müəyyənləşdirib.
Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, yunanıstanlı mütəxəssis Liqa mərhələsinə ehtiyat qüvvə ilə başlayacaq. Çalışdırıcı Azərbaycan çempionu “Qarabağ”a qarşı keçiriləcək ilk matçda əsas heyət üzvlərini qorumaq qərarına gəlib.
“Tottenhem” yeni formatda təşkil olunacaq turnirdə “Qarabağ”la yanaşı, “Ferensvaroş” və “Elfsborq” önünə də köklü rotasiya ilə çıxacaq. Ancaq “Qalatasaray”, “Roma”, “Reyncers” kimi rəqiblərə qarşı belə dəyişikliklər olmayacaq.
“Tottenhem”də əsas heyətə düşə bilməyən Brendon Ostin, Arçi Qrey, Yves Bissuma, Lukas Berqvall, Brennan Conson, Uill Lankşeyr və Miki Mur kimi oyunçular gözlərini məhz “Qarabağ”la qarşılaşmaya dikiblər.
Qeyd edək ki, sentyabrın 26-da “Tottenhem” stadionunda keçiriləcək “Tottenhem” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.