“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen uzun müddətə sıradan çıxı. Liqanın 6-cı turunda “Vilyarreal”la matçda zədələnən alman qolkiper mövsümün sonunadək oynamayacaq.
Futbolinfo.az xəbər verir ki, dizindən xəsarət alan 32 yaşlı qolkiper ilk hissənin sonunda meydanı xərəkdə tərk edib. Dərhal xəstəxanaya çatdırılan ter Ştegenə sağ diz vətərinin yırtığı diaqnozu qoyulub. Həkimlərin ilkin diaqnozu təsdiqlənərsə, qapıçı 7-9 ay oynaya bilməyəcək. Bu isə mövsümü erkən başa vurmaq deməkdir.