“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqada yeni rekorda imza atıb. O, buna 5-ci turda “Arsenal”la matçda (2:2) fərqlənməklə nail olub.
24 yaşlı forvard bununla da yeni mövsümdə Premyer Liqada vurduğu qolların sayını 10-a çatdırb. Bu isə rekorddur. Daha əvvəl heç kim Premyer Liqada ilk 5 matçda 10 qol vurmayıb.
Hesabı açan norveçli həm də yubileyini qeyd edb. O, “Mançester Siti” forması ilə 100-cü qolunu vurub.
Qeyd edək ki, Haaland 2022-ci ilin yayından “Mançester Siti”də oynayır.