Avropada basketbol mövsümünün son hazırlıqları gedir. Son yoldaşlıq oyunu çərçivəsində Avroliqanın hazırkı çempionu “Panatinaikos” Afinada idol sayılan Jelko Obradoviçin rəhbərlik etdiyi Belqradın “Partizan” klubunu qəbul edib.

Oyunda qonaqlar qalib gəlib – 75:64. Dueyn Vaşinqton 13, Brendon Devis 12 və Tayrek Cons isə 11 xal toplayıb. MBA-dan yenicə qayıdan türk basketbolçu Ömer Yurtsevenin aktivində 6 xal və 8 ribaund var.

Lakin gecənin əsas personajları basketbolçular olmayıb. Dahi Obradoviçlə görüşün şərəfinə “Panatinaikos” yoldaşlıq oyununa unudulmaz ab-hava qatıb: oyun, prototipi qədim zamanlarda tikilmiş əfsanəvi “Panatinaikos Arena” stadionunda baş tutub. Bu, dünyada tamamilə mərmərdən tikilmiş yeganə stadiondur.

594a2fb1 8a33 46e3 92f3 73bc8f508466 - Futbolinfo.az

“Panatinaikos Arena”nın tarixi eramızdan əvvəl 6-cı əsrə gedib çıxır. O vaxt burada hippodrom olub. Burada Panatenaik Oyunları və Afina ilahəsi şərəfinə dini və siyasi festivallar keçirilib. O vaxtlar tamaşaçılar arenanın hər iki tərəfindəki təpələrdə otururdular.

Eramızdan əvvəl IV əsrdə Afinalı Likurq burada əhəng daşından stadion tikdirir. Uzunsov nal formasına malik stadionun uzunluğu 204, eni 34 metr idi.

Bununla belə, arena müasir görünüşünü eramızdan əvvəl 138-ci ildə alıb. Binanın yenidən qurulması layihəsi o dövrün bir çox tikililəri ilə məşhur olan, yunan mənşəli ilk Roma konsulu Herodot Attik tərəfindən maliyyələşdirilib.

bfd2ab4b e49a 4265 8b83 ac3221e28206 1 - Futbolinfo.az

Həmin illər yunan mədəniyyətinin dirçəliş dövrü idi. Stadionun özəlliyi yunan memarlığı və Roma texnikasını özündə birləşdirməsindədir. 50 min yerlik arena yunan tarixinin klassik və ellinistik dövrlərinin tikililərini üstələyib. Yaradılmasında, demək olar ki, heç bir Roma betonundan istifadə edilməmiş, aşlar adlı bir daşdan inşa edilmişdir. İnşaatda yalnız ağ Pentelik mərmərindən istifadə edilmişdir. Roma dövründə burada təkcə idman tədbirləri deyil, həm də qladiator döyüşləri və çox güman ki, cinayətkarların edam mərasimləri də keçirilib.

Eramızın 4-cü əsrində stadion baxımsız vəziyyətə düşüb. Qədim binanın qalıqları 19-cu əsrin ortalarında Evangelis Zappas və Georgios Averoffun vəsaiti ilə qazılıb və bərpa edilib. İlk dəfə 1870 və 1875-ci illərin Olimpiya yarışları burada baş tutub.  1896-cı ildə isə müasir formatda ilk Olimpiya Oyunları keçirilib.

704c8c71 8cce 442b b1fe 8e0fa111607e - Futbolinfo.az

Yenidənqurmadan sonra stadion 80 minə yaxın azarkeşi qəbul edə bilir.

Arena basketbol tarixində də mühüm rol oynamışdır. 1960-cı illərdə bu stadionda müntəzəm olaraq AEK-in oyunları keçirilirdi. 4 aprel 1968-ci ildə Kuboklar Kubokunun finalı zamanı burada açıq havada basketbol oyunu üçün tamaşaçı rekordu qeydə alınıb. Qarşılaşmanı 80 min azarkeş oturaq, daha 40 min isə ayaq üstə izləyib.

İLQAR AĞAYEV

6e161b40 ccf3 4993 acf9 66de59004b6d - Futbolinfo.az
43443983 7fcd 4db1 99b9 5187a7d2226e - Futbolinfo.az
61499213 78fc 4124 9024 a5ab4f4cb44b - Futbolinfo.az
Shares: