Maks Ferstappen FİA-nın verdiyi cərimənin onun Formula 1-dən erkən ayrılmasına səbəb ola biləcəyinə işarə edib.

Xatırladaq ki, hazırkı dünya çempionu Beynəlxalq İdman Məcəlləsini pozduğuna görə cərimələnib. Cümə axşamı Sinqapurda keçirilən mətbuat konfransında Ferstappen F hərfi ilə başlayan nalayiq söz işlədib. Cəza olaraq Maks ictimai işlərdə iştirak etməli olacaq.

Qərardan narazı qalan pilot şənbə günü keçirilən mətbuat konfransına qatılmayıb. Lakin bazar günü yarışdan sonrakı tədbirdə iştirak edərək jurnalistlərin suallarını cavablayıb.

Shares: