İspaniyalı tennisçi Karlos Alkaras “Leyver Kuboku”nda Avropa komandasına 8 xal qazandırıb. Bu barədə “Opta Ace” X sosial şəbəkə hesabında məlumat verib.

Mənbənin yazdığına görə, bu, bir oyunçunun “Leyver Kuboku”nda komandasına qazandırdığı ən çox xaldır.

Xatırladaq ki, Alkaras kubokun son oyununda amerikalı Taylor Fritsi məğlub edib. Görüş 6:2, 7:5 hesabı ilə başa çatıb. Dünya yığması ilə qarşılaşmada ispaniyalı Avropa komandasına qələbə qazandırıb.

Qeyd edək ki, Avropa komandası 2021-ci ildən sonra ilk dəfə “Leyver Kuboku”nu qazanıb.

Shares: