AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Futbolinfo.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, O, Avropa Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Yunion” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma sentyabrın 26-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.