Azərbaycan millisinin üzvü Coşqun Diniyev formasını geyindiyi “Bandırmaspor” Türkiyə birinci liqasında 6-cı tur oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, komanda “İstanbulspor”la qarşılaşıb.
Görüş 0:0 hesabı ilə yekunlaşıb. Coşqun matçda meydana start heyətdə çıxıb və 84-cü dəqiqədə əvəzlənib. O, 81-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
“Bandırmaspor” turnir cədvəlində 8 xalla 12-cidir.