Albaniya çempionatında 6-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Amil Yunanovla Zamiq Əliyevin komandaları da növbəti matçlarına çıxıblar.

Amilin debüt etdiyi “Vlajniya” ilə matç komandası “Bilis” üçün uğursuz alınıb. Futbolçumuzun komandası səfərdə 0:2 hesabıyla uduzub. Start heyətdə meydana çıxmış Amil 71-ci dəqiqədə əvəzlənib.

Zamiqin formasını geyindiyi “Eqnatiya” isə səfərdə “Elbasani” ilə heç-heçə oynayıb – 0:0. Əliyev bu görüşdə 90 dəqiqə meydanda olub.

“Eqnatiya” 6 turdan sonra 11 xalla 2-ci, “Bilis” 5 xalla 9-cu sırada qərarlaşıb.

Shares: