“Qolden Steyt Vorriors”un müdafiəçisi və lideri Stiven Karri MBA tarixində ardıcıl üç mövsümdə ən azı 65 qələbə qazanan yeganə oyunçudur.

Ondan başqa yalnız iki basketbolçu üç fərqli mövsümdə ən azı 65 oyunda qalib gəlib. Bunlar Maykl Cordan və Skotti Pippendir. Lakin “Çikaqo Bulls”un oyunçuları bunu ardıcıl olmayan mövsümlərdə ediblər.

Xatırladaq ki, Karri peşəkar karyerası ərzində yalnız “Qolden Steyt”də çıxış edib. Kaliforniya klubu ilə birlikdə Stiven dörd dəfə MBA çempionu olub.

Shares: