Yeni yaradılmış BK “Dubay” komandası ABA Adriatik Liqasının hazırkı çempionu, Belqrad təmsilçisi “Srvena Zvezda”nı 86:84 (28:16, 22:25, 16:22, 20:21) hesabı ilə məğlub edərək tarixində ilk qələbəsini qazanıb.

Oyun BƏƏ-dəki “Coca Cola Arena”da baş tutub. Komandanın ən yaxşı oyunçusu 26 dəqiqə ərzində 18 xal toplayan Neyt Meyson olub. Görüşdə “Srvena Zvezda”nın veteranı Nikola Kaliniç 16 xal toplayıb.

Dubay ilk dəqiqələrdən fərq yaradaraq bütün oyun ərzində öndə olub. Avroliqa təmsilçisi üçüncü hissənin sonunda hesabı bərabərləşdirsə də, həlledici məqamda meydan sahibləri yenə üstünlüyü ələ ala biliblər.

Shares: