Türkiyə Super Liqası təmsilçisi “Adana Dəmirspor” 2 ay əvvəl müqavilə imzaladığı baş məşqçi Maykl Valkanisi istefaya göndərib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandanın cari mövsüm uğursuz nəticələrinə görə yola salınıb.
Qeyd edək ki, 50 yaşlı mütəxəssislə iyul ayında “1+1” illik sözləşmə imzalanmışdı.
“Adana Dəmirspor” Super Liqada 1 xalla sonuncu sırada qərarlaşıb.