“Milan”ın rəhbəri olan Cerri Kardinale klubu əvvəlki vəziyyətinə gətirmək üçün çalışacağını deyib. O, “Financial Times”a açıqlamasında maraqlı fikirlər səsləndirib.
Futbolinfo.az xəbər verir ki, Amerika və Avropada durum fərqlidir: “Amerikada bir klubun sahib olmaq istəsəniz, pul xərcləyirsiz və istəyinizə çatırsız. Xüsuslə İtaliyada isə vəziyyət fərqlidir. Burada azarkeşlər özünü klubun sahibi sayır. Biz də onların arzularını reallaşdırmağa məcburuq”.
Kardinalenin Milan derbisində “İnter”i 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra inamı artıb: “Milan”ı əvvəlki şöhrətinə qaytarmaq üçün hər şey edəcəyik. Pafoslu açıqlamlar verməyəcəm, amma addım-addım buna doğru irəliləyirik. Böyük zəfərlər üçün mümkün olan hər şeyi edəcəyik. İstəyimizə çatsaq, dünyanın ən xoşbəxti olacam”.