“Barselona” klubu Mark Andre Ter-Ştegenin zədəsindən sonra çətin vəziyyətə düşüb. Almaniya millisinin üzvü bu mövsüm bir daha futbol meydanlarına çıxa bilməyəcək. Bu səbəbdən də Kataloniya klubu təcili qapıçı axtarışındadır.

İspaniya mətbuatı Ter-Ştegeni əvəz edə biləcək potenisal namizədlər haqqında məlumatlar dərc edib. Əsas favorit kimi “Las Palmas”ın qapıçısı Valyes göstərilir. Lakin onu ən yaxşı halda yanvarda rəsmiləşdirmək mümkündür.

Bu gün yayılan məlumata görə , Klaudio Bravo “Barselona”ya qayıda bilər. Bir neçə ay əvvəl karyerasını bitirmiş qapıçı bunun mümkünlüyünü etiraf edib. O, “Barselona”ya görə yenidən karyerasını bərpa edə biləcəyini, yaxşı formada olduğunu və danışıqları gözlədiyini dilə gətirib.

Digər namizəd kimi Keylor Navasın adı hallanır. Lakin Madrid “Real”ının keçmiş qapıçısının Kataloniya klubuna keçidi inandırıcı görünmür.

Shares: