İspaniya futbolunun əfsanəsi Raul Qonsales Blanko “Şalke” komandasını çalışdıra bilər.
Dünən Gelzenkirxen klubunun idman direktoru Mark Vilmots və baş məşqçi Karel Gerets istefaya göndərilib. Məşhur komanda hazırda 2-ci Bundesliqada autsayderlər zonasındadır. Bu səbəbdən də Raul əsas xilasedici kimi nəzərdən keçirilir.
Almaniyanın “Bild” qəzetinin yazdığına görə, klub rəhbərliyinin bir nömrəli favoriti Rauldur. İspaniya millisinin keçmiş forvardı vaxtilə “Şalke”nin şərəfini qoruyub. Hazırda o, Madrid “Real”ının gənclər komandasının baş məşqçisidir.