“Sabah” basketbol klubunun FIBA Avropa Kubokunun müntəzəm mövsümündə rəqiblərini qəbul edəcəyi arena bəlli olub.

Futbolinfo.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ev oyunları Bakı İdman Sarayında keçiriləcək.

FIBA Avropa Kubokunun qrup mərhələsinin oyunları oktyabrın 9, 16, 23 və 30-da, eləcə də noyabrın 6 və 13-də keçiriləcək. “Sabah” ilk matçını səfərdə oynayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp