Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana Çempionlar Liqasının təsnifat mərhələsinin 1-ci raundunun oyununa təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, o, “Olimpiakos” (Yunanıstan) və “Strumiça” (Makedoniya) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Sentyabrın 24-də Yunanıstanın Piraeus şəhərində baş tutacaq matçın hakimləri slovakiyalı İqor Porvaznik və polşalı Pavel Burkeviç olacaq.

Shares: