“İdman, bədən tərbiyəsi Azərbaycanda getdikcə kütləvi xarakter alacaq. İnanıram ki, hər bir vətəndaş yaşından asılı olmayaraq idmanla, bədən tərbiyəsi ilə məşğul olacaq. İnanıram ki, Azərbaycan gəncliyinin gələcəyi, fiziki, şüuru cəhətdən yüksək olacaq!!!”

Ulu Öndər Heydər Əliyevin idmana və gənclərə olan inamı bu gün artıq özünü doğruldub. Gənclərimizin, idman sahəsində illərini vermiş insanların sayəsində yüksək zirvələrə çıxcağımıza inanırıq.

Doğulduğumuz andan etibarən valideynlərimiz,  böyüdükdə isə özümüz sağlamlığımızı qorumaq üçün çalışırıq. Sağlam həyat  tərzi üçün bir sıra qaydalara əməl etməliyik, bunların başında idman gəlir və bunu nəzərə alaraq, valideynlər azyaşlı uşaqlarını maarifləndirməlidir ki, onların bu sahəyə marağı artsın, eyni zamanda bir vərdiş olaraq buna yiyələnsinlər.

11e81303 6880 4079 ad90 e20d403d28c6 - Futbolinfo.az

Bəs, idmanın uşaqlar üçün faydaları və həyatlarındakı rolu nədən ibarətdir?

Uşaqların müntəzəm məşq etmələri fiziki hakimiyyət duyğularının və özünə olan inamlarının inkişafında kömək olur. İdman etmək sosial olaraq da uşağın daha fəal olmasını təmin edir. Onlar idman edərkən digər uşaqlarla ünsiyyət qurmağı, bir qrupa mənsub olmaq hissini və bölüşməyi öyrənir. Belə uşaqların akademik həyatlarının daha uğurlu olma ehtimalı da yüksəkdir. Nizamlı məşq vərdişinin qazanılması ürək və damar sağlamlığı ilə bağlı risk amillərinə müsbət istiqamətdə təsir göstərərək bu xəstəliklərdən qorunmağı təmin edir. İdman uşaqları daha çevik və bədənlərini möhkəm edir.

İdmanla məşğul olan balacalarımızın və gənclərimizin bir çoxunun uğurları var və onların sayəsində Azərbaycan beynəlxalq idman arenasında özünə layiqli yer tutur. İdman uşaqlarda ciddi xarakter və möhkəmlik formalaşdırır.

942ceef6 b720 4052 8ee5 62347bf1aeaf - Futbolinfo.az

Bəs, görək balaca dostumuz hansı idmanla məşğul olur və onu buna həvəsləndirən nə olub?

Ayaz Əliyev (güləşçi): “Mən sərbəst  güləşlə məşğulam. Televizorda Hacı Əliyev və Toğrul Əsgərovu gördüm, onlar kimi bayrağımızı yüksəklərə qaldırmaq istəyirəm”.

Balacalarımızla yanaşı, idmanla məşğul olan gənclərimizin də sayı az deyil.

Cavidan Hətəmov (güləşçi): “Mən 12 yaşımdan sərbəst güləşlə məşğulam. İdmana başlamağımın səbəbi Şöhrət müəllim olub. Məqsədim Avropa və dünya çempionatında iştirak edib, mükafat qazanmaqdır. Bundan sonra isə Olimpiya Oyunlarında iştirak etmək istəyirəm”.

aa610fce 3578 48eb bf0a b5246e456057 - Futbolinfo.az

Şöhrət Şükürov (məşqçi): “Əlbəttə, güləş ölkəmizdə ən populyar idman növlərindən biridir. Rayonumuzda da bu idman növünə maraq böyükdür. Uşaq və yeniyetmələr bu idman növü ilə məşğul olmaq üçün güləş bölmələrimizə gəlirlər. Həm onlar sağlam şəkildə böyüyürlər, həm də təşkil olunan yarışlarda uğurla iştirak edirlər. Bizim əsas məqsədimiz dünya arenalarında, Olimpiya Oyunlarında iştirak edəcək güləşçilər yetişdirməkdir. Bunun üçündə əlimizdən gələni edirik”.

9cd38b5f 6d6b 4db9 9bd7 f64a3d682018 - Futbolinfo.az

Hər bir kəs gözəl və gümrah yaşamaq, passiv həyat tərzindən uzaq olmaq üçün idmanla məşğul olmağa başlamalıdır. Yadda saxlayaq ki, bu, heç vaxt, heç kim üçün gec deyil.

BƏHRUZ MUSAYEV, YEVLAX

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp