Misli Premyer Liqasının 7-ci turunda keçirilən “Qarabağ” – “Neftçi” (4:0) oyunu Monteneqro millisinin baş məşqçisi Robert Prosineçkini sevindirib.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssisi sevindirən məqam monteneqrolu futbolçuların Azərbaycan derbisində iştirak etməsi olub. Belə ki, “Qarabağ”dan Marko Yankoviç, “Neftçi”dən isə Edvin Kuç zədəsini sağaldaraq, görüşün iştirakçısı olublar. Kuç 87 dəqiqə meydanda olubsa, Yankoviç son 5 dəqiqədə mübarizə aparıb. İstənilən halda Ağdam klubunun yarımmüdafiəçisinin sıraya dönməsinin Prosineçkinin seçiminə təsir göstərməsi gözlənilir.
Qeyd edək ki, Monteneqro yığması Millətlər Liqasının növbəti turları çərçivəsində oktyabrın 11-də Türkiyə, üç gün sonra isə Uelslə qarşılaşacaq.