Avropa Liqasının 1-ci turunda mütləq izlənilməli olan oyunlar seçilib.

Futbolinfo.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, yeni formatda keçiriləcək turnirin ilk turunda tamaşaçılara 5 matç tövsiyə edilib. Onlar arasında “Qarabağ”ın Londonda “Tottenhem”lə keçirəcəyi qarşılaşma da var.

İngiltərə klubunun daxili çempionatda işlərinin yolunda getmədiyi, Azərbaycan çempionunun isə yüksələn qrafik üzrə inkişafda olduğu vurğulanıb: “Çempionatda uğursuz nəticələr göstərən “Tottenhem” durmadan inkişaf edən “Qarabağ” önündə 3 xal axtarışında olacaq. Azərbaycan təmsilçisinin braziliyalı hücumçusu Olavio Juninyo avrokuboklarda fırtına kimi əsir. Bu görüş onu ön plana çıxara bilər”.

İzlənilməsi məsləhət görülən digər oyunlar isə “Mançester Yunayted” – “Tvente”, “Qalatasaray” – PAOK, “Ayaks” – “Beşiktaş” və “Roma” – “Atletik”dir.

Qeyd edək ki, Avropa Liqasında ilk turun oyunları sentyabrın 25-26-da keçiriləcək. “Tottenhem” – “Qarabağ” matçı ayın 26-da baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp