UEFA Avropa Liqasının 1-ci turunda “Qarabağ”ı qəbul edəcək “Tottenhem”də problemlər getdikcə böyüyür.
Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, komandanın uğursuz çıxışı azarkeşlərin kəskin narazılığına yol açıb. Onlar baş məşqçi Ange Postekoqlunun taktikası ilə yanaşı, prezident Daniel Levinin transfer siyasətindən də şikayətçi olublar.
Lakin fanatların bu etirazı klub rəhbərini narahat etmir. O, bununla bağlı qısa açıqlama verib: “Mənim çox qalın dərim var, vecimə deyil. Bu, məndə daha çox uğur qazanmaq istəyi yaradır!”
Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasında 5 turdan sonra 7 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşır. Londonluların “Qarabağ”la ev oyunu sentyabrın 26-da baş tutacaq.