“Everton”un səhmlərini böyük hissəsi satılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Blue Heaven Holdings” səhmlərin əksəriyyətini “Friedkin Group”a satıb.
Sövdələşmə hələ tənzimləyici orqanlar, o cümlədən Premyer Liqa, İngiltərə Futbol Assosiasiyası və Maliyyə Təşkilatı tərəfindən təsdiqlənməlidir.
2023-cü ilin sentyabrında “Everton”u maliyyələşdirən Fərhad Moşiri öz payını ABŞ-ın “777 Partners” investisiya fonduna satmağa razılaşmışdı.