Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, komanda evdə “Botev” (Plovdiv) ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Cəlal da bu matçda iştirak edib. O, 86-cı dəqiqədə meydana daxil olub.

“Arda” hazırda 14 xalla turnir cədvəlində 6-cıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp