Növbəti Belqrad derbisi qalmaqalla bitib. Serbiya şempionatının növbəti turunda “Srvena Zvezda”nı qəbul edən “Partizan”ın azarkeşləri lay çıxarıb.
Futbolinfo.az xəbər verir ki, bir gün öncə “Partizan”ın ev oyularını keçirdiyi arenada naməlum şəxslər yanğın törətmişdi. Buna baxmayaraq, oyunu təşkil etmək mümkün olub. Amma qarşılaşmanın nəticəsi yerli fanatları qəzəbləndirib.
Bir neçə ildir əzəli rəqibi üzərində böyük üstünlük quran “Srvena Zvezda” 4:0 hesablı qələbə qazanaraq çempionluq yarışında rəqibi ilə xal fərqini bir az da artırıb. Bu azarkeşlərin qəzəbinə səbəb olub. “Partizan” fanatları komandanın paltardəyişmə otağına hücum çəkib, baş məşqçi Aleksandr Stanoeviçə ciddi xəsarət yetirilib.