“Barselona” Frenki de Yonqla yeni müqavilə bağlamaq istəyir. İspaniya nəhəngi hazırda zədəli olan Niderland millisinin üzvü ilə anlaşmanın müddətini 2029-cu ilədək uzatmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted”in israrla istədiyi yarımmüdafiəçi klubunu dəyişmək fikrində deyil. “Barselona” bir neçə dəfə onu satmaq və ya maaşını azaltmaq istəyib. Bütün hallarda o, təkliflərdən imtina edib. Klubunda xoşbəxt olduğunu deyən de Yonqun yeni müqaviləyə reaksiyası müsbətdir. Tərəflər tezliklə masa arxasına əyləşəcək.
27 yaşlı futbolçu 5 ildir “Barselona”dadır. O, “Ayaks”dan 86 milyon avroya transfer edilmişdi. Yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti gələn mövsümün sonunda bitəcək.